Ukrayna Rusiyanın itkilərini açıqladı - 72-ci gün...

Ukrayna Rusiyanın itkilərini açıqladı -  72-ci gün... backend

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 24 900 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 110 ədəd tankı, 2 686 ədəd zirehli döyüş maşını, 502 ədəd artilleriya sistemi, 171 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 83 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 90 qanadlı raket, 1 926 ədəd nəqliyyat vasitəsi, 11 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 324 ədəd dronu və 38 ədəd xüsusi texnikası məhv edilib.

Rəsmi informasiyaya əsasən, son sutkada Rusiya ordusunun 15 hava hədəfi vurulub: “14 PUA və 1 təyyarə məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 11 hücumunun qarşısı alınıb. Ötən gün Rusiya ordusunun 8 tankı, 11 zirehli döyüş maşını vurulub”.

Diaspora