Özbəkistan-Qırğızıstan sərhədində silahlı insident: 3 nəfər güllələndi

Özbəkistan-Qırğızıstan sərhədində silahlı insident:  3 nəfər güllələndi backend

Özbəkistan sərhədçilərinin Qırğız Respublikası ilə sərhəd zonasında silah tətbiq etməsi nəticəsində Qırğızıstanın 3 vətəndaşı ölüb.

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin İnformasiya və kommunikasiya İdarəsi bildirib.

Məlumata görə, hadisə Özbəkistanla sərhəddə yerləşən Calalabad vilayəti Ala-Bukin rayonunun Dobo-Korqon kəndinə yaxın ərazidə baş verib. Bildirilib ki, sərhədçilərin açdığı atəş nəticəsində Qırğızıstanın 3 vətəndaşı yaralı halda hospitala yerləşdirilsə də, orada ölüb.

Qırğız Respublikasının Ala-Bukinsk üzrə sərhəd zonasının nümayəndəsi ilə Özbəkistanın Yanqi-Kurqan üzrə sərhəd nümayəndəsi arasında hadisənin şəraitinin araşdırılması məqsədilə görüş olub. Tərəflər mayın 6-da da xidməti araşdırmanın yekununa dair danşıqları davam etdirir.

loading...
Diaspora