ABŞ sabiq erməni nazirin malikanəsini müsadirə edir

ABŞ sabiq erməni nazirin malikanəsini müsadirə edir backend

ABŞ Ermənistanın sabiq nazirinin korrupsiya sxeminə məxsus malikanəsini müsadirə etmək istəyir.

Qaziler.az Report-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Departamenti məlumat yayıb. 

Bazar ertəsi ABŞ-ın Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə verilən şikayətdə Birləşmiş Ştatlar ədliyyəçiləri iddia edir ki, iş adamı Sedrak Arustamyan Ermənistanın keçmiş yüksək vəzifəli dövlət məmuru Qaqik Xaçatryan və onun ailəsinə sərfəli vergi rejimi müqabilində 20 milyon dollardan çox rüşvət verib. Rüşvət ödənişləri “Holmby Hills” əmlakını almaq üçün istifadə edilib və bu yaxınlarda 63 500 000 dollara satışa çıxarılıb.

Qeyd edək ki, Qaqik Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Xaçatryan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.

Ermənistanda Arustamyana da qarşı rüşvət maddəsi üzrə cinayət işi qaldırılıb.

loading...
Diaspora