Əsəd qüvvələri hücuma keçdi: 34 ölü

Əsəd qüvvələri hücuma keçdi: 34 ölü backend

Suriya hökumət qüvvələrinin Dəməşq yaxınlığında yerləşən Duma şəhərində üsyançıların mövqelərinə endirdiyi aviazərbələr nəticəsində azı 34 nəfər ölüb.

APA TV-nin məlumatına görə, Suriya İnsan Haqları Rəsədxanasının yaydığı məlumatda deyilir ki, şənbə günü Dəməşqin şimal şərqində hökumət qüvvələrinin nəzarəti altında olan əraziyə endirilən raket zərbələri nəticəsində doqquz nəfər dünyasını dəyişib. Buna cavab olaraq Suriya ordusu aviasiyadan və toplardan istifadə etməklə üsyançıların nəzarətində olan Duma şəhərini atəşə məruz qoyub və nəticədə 12-si uşaq və 8-i qadın olmaqla ümumilikdə 34 nəfər həlak olub.


Diaspora