Ukraynaya qaytarılan əsirlərin sayı açıqlanıb

Ukraynaya qaytarılan əsirlərin sayı açıqlanıb backend

Ukrayna və Rusiya indiyə qədər 9 dəfə əsir mübadiləsi həyata keçirib.

APA Ukrayna Xəbər Agentliyinə istinadən xəbər verir ki, bunun sayəsində 324 nəfər Ukraynaya qayıdıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Bütün bunlar qarşılıqlı fəaliyyət çərçivəsində, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı - Prezident Vladimir Zelenskinin himayəsi altında fəaliyyət göstərən Əsirlərin Axtarışı və azad edilməsi üzrə Birgə Mərkəzin sistemli və gərgin işi çərçivəsində baş tutub”, - deyə bəyanatda bildirilir.

Ukrayna Təhlükəsizlik Xidməti qeyd edib ki, bu iş böyük həcmdə məlumatların emalı və yoxlanılmasını tələb edir.

Xatırladaq ki, aprelin 30-da müvəqqəti nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Rusiya ilə xüsusi məhbus mübadiləsi barədə məlumat vermişdi.

loading...
Diaspora