İtaliya Ukrayna hərbçilərinə silah tədarük edəcək.
Ukrayna Xəbər Agentliyi xəbər verir ki, bu barədə müdafiə naziri Lorenzo Guerini bildirib.
Onun sözlərinə görə, silah tədarükü ilə yanaşı İtaliya Ukraynaya dəstəyini davam etdirəcək.
Nazir parlamentin müdafiə komitələrinin birgə iclasında çıxışı zamanı bildirib ki, bu fəaliyyət Rusiya tərəfindən təxribat kimi qəbul edilməməlidir.
APA