Çində 6 mərtəbəli bina çöküb, onlarla ölü var

Çində 6 mərtəbəli bina çöküb,  onlarla ölü var backend

Çinin mərkəzindəki Çanşa şəhərində altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, dağıntılar altından 10 nəfər xilas edilib, onların hamısı xəstəxanalara göndərilib və yaralılara lazımi tibbi yardım göstərilib.