Putin Lavrova görə İsrail Baş nazirindən üzr istədi

Putin Lavrova görə İsrail Baş nazirindən üzr istədi backend

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

Bildirilir ki, Bennet və Putin telefon danışığı zamanı Rusiya xarici işlər naziri Lavrovun bəyanatlarını müzakirə ediblər.

“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib və ona yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”, - deyə bildirilib.

Bundan əlavə, İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə Naftali Bennet Vladimir Putinə təşəkkür edib.

Liderlər 9 May Qələbə Gününü və Holokost qurbanlarının xatirəsini ehtiramla yad edən hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini vurğulayıblar.

loading...
Diaspora