İran Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) fövqəladə iclasının keçirilməsi ilə bağlı təklifləri dəstəkləyir.
"APA-Economics" RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bican Namdar Zengane Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammond ilə Tehranda görüşü zamanı bildirib.
Təşkilatın növbəti iclası dekabrın 4-də keçirilməsi nəzərdə tutulur.
Nazir qeyd edib ki, təşkilatın iclası neftin qiymətinin enməsini dayandırmaq baxımından effektiv ola bilər. O əlavə edib ki, İran dünya bazarında payını itirməmək üçün istənilən vasitə ilə “qara qızıl”ın hasilatını artırmaq niyyətindədir.