İŞİD terror qruplaşması Suriyada tarixi-mədəniyyət abidələrini dağıtmaqda davam edir. Terror qruplaşması bu dəfə qədim Palmira şəhərindəki Bal məbədini partladaraq yerlə yeksan edib.
Qeyd edək ki, dağıdılan məbədin tarixi miladdan əvvəl birinci yüzilliyə təsadüf edir.
Suriyanın muzeylər və qədimi obyektlər üzrə idarəsi UNESCO dünya mədəni irs siyahısındakı şəhərin İŞİD tərəfindən dağıdılmağa başladığını açıqlayıb.
Xatırladaq ki, terror qruplaşması ötən həftə Palmiradan məsul olan arxeoloq Halid Esadı öldürüb. Eyni zamanda İŞİD may ayında ələ keçirdiyi Palmirada amfiteatrda 25 suriyalının qətlinin görüntülərini də yayımlayıb.
Suriya isə bölgədəki tarixi mədəni abidələrin bir qismini işğaldan əvvəl təhlükəsiz yerə aparıldığını bildirib.