Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.
Bu barədə Baş Qərargahın feysbuk səhifəsində paylaşım edilib.
Məlumatda bildirilib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya, təxminən, 24 500 hərbçisini itirib: "Həmçinin 87 qanadlı raket, 2 610 zirehli döyüş maşını, 1 077 tank, 491-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnika məhv edilib".
Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub.
"Rusiya Silahlı Qüvvələri 1-ci ordu korpusunun Ukraynanın Zaporojye vilayətindəki döyüşlərdə zərərsizləşdirilmiş 100-dən çox hərbçisinin meyiti Qorlovka mərkəzi morquna aparılıb. Bessarabiya istiqamətində gərginlik olsa da, Ukrayna müdafiəçiləri vəziyyətə nəzarət edir".
Bundan əlavə qeyd edilib ki, ötən sutkada Rusiyanın 7 PUA-sı və 8 qanadlı raketi məhv edilib. Məlumata görə, rəqibin bu istiqamətdə verdiyi itkilər dəqiqləşdirilir: “Ötən sutkada Rusiyanın Donetsk və Luqansk vilayətləri istiqamətində 12 hücumunun qarşısı alınıb, 6 tank, 3-ü reaktiv zirehli döyüş texnikası olmaqla 5 artilleriya sistemi, 15 zirehli döyüş texnikası, 9 avtomobil texnikası məhv edilib”.
Rusiyanın başqa istiqamətlərdə də itkiləri olduğu vurğulanıb.