Bayden Ukraynaya 33 milyard dollarlıq yardım göndərir

Bayden Ukraynaya 33 milyard dollarlıq yardım göndərir backend

ABŞ Prezidenti Cozef Bayden Konqresi Ukraynaya 33 milyard dollarlıq yardımı qısa zamanda təsdiqləməyə çağırıb.

Bu barədə “Report” ABŞ mətbuatına istinadən xəbər verir.

"Ötən həftə Konqresə əlavə büdcəni göndərdim, bizə daha çox pul lazım olduğunu söyləməyin gözəl bir yolu ABŞ-ın birbaşa Ukraynadakı azadlıq cəbhəsinə silah və iqtisadi yardım göstərməyə davam edəcəyinə əmin olmaqdır. Və Ukraynaya humanitar dəstək və yardım üçün Konqresi bu maliyyəni tez bir zamanda qəbul etməyə çağırıram ki, Ukraynaya Rusiya təcavüzü ilə mübarizədə uğur qazanmağa davam etsin”, - Bayden deyib.

Prezident həmçinin ABŞ və müttəfiqlərinin Ukraynaya göndərilən silahları əvəz etmək üçün öz silah ehtiyatlarını artıra bilməsinin vacibliyini qeyd edib.

Bayden bu mübarizənin ucuz başa gəlməyəcəyini vurğulayıb.

"Ancaq təcavüzə boyun əymək daha da baha başa gələcək. Biz ya Ukrayna xalqını öz ölkəsini müdafiə edərkən ona dəstək olacağıq, ya da Rusiya öz qəddarlıqlarını və təcavüzünü davam etdirərkən biz kənarda dayanacağıq", - dövlət başçısı bildirib.

O, qeyd edib ki, Ukraynanın mübərizəyə davam etməsinin və bu müharibəni Rusiya üçün strateji uğursuzluğa çevirməsinin əsas səbəbi ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə bu ölkəni dəstəkləməsidir.

“Təkcə Birləşmiş Ştatlar Ukraynaya 5 500-dən çox tank əleyhinə raket kompleksi “Javelin” verəcəyini öhdəsinə götürüb”, - Bayden deyib.

loading...
Diaspora