Ukrayna ordusu daha bir neçə Rusiya hərbi texnikasını sıradan çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Saytlar zirehli texnikanın zərgər dəqiqliyi ilə vurulmasını əks etdirən görünütüləri də dərc ediblər. "The Sun" yazıb ki, "Havadan çəkilən bu video göstərir ki, Ukrayna artilleriyası rus zirehli maşınına heç bir şans saxlamır. Yaşayış binaları arasında gizlənən və nəticədə zərbənin gücündən alovlanan BTR-in ətrafına da bir neçə zərbənin endirilməsi müşahidə olunur".