"Putinin hərb maşını Ukrayna vətənpərvərliyi ilə toqquşaraq darmadağın oldu"
Conson Böyük Britaniyanın Ukraynaya yeni, 300 milyon avroluq yardım paketini elan edib
Ukrayna Rusiyanın ona qarşı fevralın 24- də başladığı müharibədə qalib gələcək.
Moderator.az xəbər verir ki, bu barədə mayın 3- də videorabitə vasitəsilə Ukrayna Ali Radasının qarşısında çıxış edən Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib. Birləşmiş Krallıq hökuməti başçısının çıxışınının mətni Ukrayna parlamentinin rəhbəri Ruslan Stefançukun "Facebook" səhifəsində dərc edilib.
Conson qeyd edib ki, hələ Rusiyanın Ukraynaya qarşı müharibəsindən öncə "bilirdim ki, Kreml çox böyük səhvə yol verir".
"Putinin məğlubedilməzliyi haqqında mif tüstü kimi dağıllb, hərçənd, sizin ölkəniz qala kimi dayanıb. Putinin hərb maşını Ukrayna vətənpərvərliyi ilə toqquşaraq darmadağın olub. Sizin öz ölkənizə sevginiz onları dayandırıb...Ukraynalılar bütün dünyaya təcavüzkarın qəddar gücünün azadlığı seçən xalq qarşısında heç nəyə qadır olmadığını öyrətdiniz... Ukraynalılar sübut edib ki, toplar və tanklar müstəqillik uğrunsa döyüşən millətin iradəsini qıra bilməz. Məhz buna görə də mən inanıram və bilirəm ki, Ukrayna qalib gələcək!", - Britaniyanın baş naziri deyib.
Conson bəyan edib ki, Böyük Britaniya Ukraynaya 300 milyon avroluq yeni yardım paketi təqdim edəcək.
"Bizim 300 milyon avroluq yeni yardım paketimiz var.
Biz sizə şəhərlərinizə yönələn artilleriyanın olduğu yeri müəyyən etmək üçün radarlar, piyadalarınızı və hücum qüvvələrinizi gücləndirmək üçün dronlar verəcəyik. Sizin digər dostlarınızla birgə sizə silah və humanitar yardım göstərəcəyik ki, Ukraynanı gücləndirmək məqsədlərimizə nail olaq və kimsənin nə zamansa Ukraynaya qəsd etməyə cəsarəti olmasın", - Conson qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Böyük Britaniya yaxın həftələr əzində Ukraynaya "Brimstone" gəmiəleyhinə raketlər verəcək.
Birləşmiş Krallığın yardım paketində "radioelektron mübarizə avadanlığı, kontrbatareya radar sistemi, GPS və minlərlə gecə görmə cihazlarını batırmaq üçün avadanlıq" daxildir", - Stefançuk Consonun çıxışının yekunları ilə bağlı əlavə edib.
"Yaxın həftələr ərzində London həmçinin Ukraynanın şərqində mülki əhalinin müdafiəsi və cəbhəyanı rayonlardan dinc sakinlərin təxliyəsi üçün xüsusiləşdirilmiş "Toyota Land Cruiser" göndərəcək.
Ukrayna xalqı Rusiya təcavüzünə müqavimət göstərilməsində Böyük Britaniyaya genişmiqyaslı və əhəmiyyətli yardım üçün səmimi- qəlbdən minnətdardır", - Ali Radanın spikeri deyib.
Conson Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan Ali Radada çıxış edən ilk dünya lideridir, - Birləşmiş Krallığın saytında belə deyilir.