NATO-nun Avropadakı qüvvələrinin yeni baş komandanı təyin edilib

NATO-nun Avropadakı qüvvələrinin yeni baş komandanı təyin edilib backend

ABŞ ordusunun generalı Kristofer Kavoli NATO-nun Avropadakı qüvvələrinin yeni baş komandanı təyin edilib.

Trend xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Hazırda bu postu ABŞ HHQ generalı Tod Uolters tutur.

 

"Şimali Atlantika Alyansı ABŞ ordusunun generalı Kristofer Kavolinin Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı vəzifəsinə namizədliyini təsdiqləyib. General Kavoli hazırda ABŞ ordusunun Avropa və Afrikadakı komandanıdır", - NATO-nun bəyanatında deyilir.

Qeyd olunur ki, К. Kavoli yeni vəzifəsinin icrasına yayda başlayacaq.

loading...
Diaspora