"Müharibə 9 mayda bitəcək" - Roma Papası

"Müharibə 9 mayda bitəcək" -  Roma Papası backend

Ukrayna müharibəsi yaxın günlərdə başa çata bilər.

AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd edilir ki, Macarıstanın baş naziri Viktor Orban Roma Papası Fransiskə deyib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə son qoymağı planlaşdırır. Moskvanın planına görə, bu, onlar üçün müqəddəs bir tarixdə, mayın 9-da baş verməlidir.

İtaliyanın “Corriere Della Sera” qəzetinə müsahibə verən Roma Papası Fransisk qeyd edib ki, görüş zamanı bu barədə Orban şəxsən ona məlumat verib. Pontifik vurğulayıb ki, müharibə susmaq mümkün olmayan dəhşətdir.

- Orbanın sözlərinə görə rusların planı hər şeyin mayın 9-da bitməsidir. Ümid edirəm ki, bu belədir, - Papa deyib.

Diaspora