Putin xərçəng xəstəsi imiş, tezliklə... - İDDİA

Putin xərçəng xəstəsi imiş, tezliklə... -  İDDİA backend

Ukraynada müharibə davam edərkən Rusiya lideri Vladimir Putinlə bağlı yeni iddia irəli sürülüb.

Yenisabah.az xəbər verir ki, xarici kəşfiyyat məlumatlarının paylaşıldığı “General SVR” teleqram kanalında yayılan iddiaya görə, Putin xərçəng xəstəliyindən əziyyət çəkir və əməliyyat olunacaq. 

Son vaxtlar yayılan görüntülərdə müvazinətini saxlamaqda çətinlik çəkən 69 yaşlı Putinin xərçəngdən xilas olmaq üçün əməliyyata girəcəyi, bu səbəbdən bir müddət üzdə olmayacağı iddia edilir.
Bildirilir ki, Putin Ukraynaya müdaxiləyə tam nəzarəti Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş DTK rəsmisi Nikolay Platonoviç Patruşevə verəcək. 

Bundan öncə parkinson xəstəliyindən əziyyət çəkdiyi deyilən Putin hələ aprelin 2-ci yarısında əməliyyat olunmalı imiş. Ancaq o, Ukraynadakı hərbi əməliyyatlar səbəbindən əməliyyata razılıq verməyib. 

loading...
Diaspora