Türkiyə ordusunun silahlanmasına daha bir sistem daxil oldu - VURAL

Türkiyə ordusunun silahlanmasına daha bir sistem daxil oldu -  VURAL backend

Türkiyə Silahlı Qüvvələrinin balansına daha bir yerli istehsal olan "VURAL" radioelektron mübarizə sistemi daxil olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir öz "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, müasir "VURAL" kompleksi proqram təminatı kontekstində də daxil olmaqla tamamilə yerli istehsaldır.

Elektron mübarizə kompleksi düşmənin bölmələrinin idarəetməsini effektivliyini azaldaraq, xüsusən də rabitə və kəşfiyyat sistemində dövriyyədə olan məlumatı dəyişməyə imkan verəcək.

Diaspora