Fransada daşqınlar iki nəfərin həyatına son qoyub

Fransada daşqınlar iki nəfərin həyatına son qoyub backend

Fransa yağan leysan yağışları nəticəsində yaranan güclü sel iki nəfərin ölümünə səbəb olub.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, leysan yağışları Tuluz şəhəri yaxınlığından axan Lez çayının daşmasına səbəb olub. Şəhərin bir çox küçələri su altında qalıb. Şəhərdəki tramvaylar fəaliyyətlərini dayandırıb. Kəskin hava şəraiti Nim və Monpelye stansiyalarında qatarların hərəkətinin dayandırılmasına səbə olub. Ölkənin beş cənub departamentində leysan və daşqınla bağlı xəbərdarlıq yayılıb.
Diaspora