Rusiya ordusunun hava zərbələri nəticəsində Odessa aeroportunun uçuş zolağı sıradan çıxıb.
Qaziler.az UNİAN-a istinadən xəbər verir ki, Odessa vilayəti Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko Rusiyanın Odessadakı hava limanının uçuş-enmə zolağına raket zərbəsi endirdiyini təsdiqləyib.
O, videomüraciətində hücumun təfərrüatlarını açıqlayıb.
Məlumatda bildirilir ki, raket zərbələri Odessa aeroportunun uçuş-enmə zolağını dağıdıb.
Bildirilir ki, Rusiya ordusu işğal olunmuş Krım ərazisindən “Bastion” raket kompleksindən atəş açıblar.
"Odessa hava limanının uçuş-enmə zolağı dağıdılıb. allaha şükür ki, heç kim xəsarət almayıb", - Marçenko deyib.