Böyük Britaniya İrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Qərb dövlətləri ilə İran İslam Respublikası arasında nüvə proqramına dair əldə edilən razılaşmadan sonra Böyük Britaniya-İran münasibətlərində irəliləyiş müşahidə olunur.
AZƏRTAC www.lefigaro.fr saytına istinadla xəbər verir ki, səfirliyin fəaliyyətinin bərpa edilməsi münasibətilə keçirilən mərasimdə Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond iştirak edib və o, səfirliyin binası qarşısında ölkəsinin bayrağını qaldırıb.
Qeyd edək ki, Böyük Britaniyanın İrandakı diplomatik nümayəndəliyi qərb ölkələri tərəfindən İrana qoyulan sanksiyalara etiraz edən nümayişçilərin səfirliyə hücum etməsi səbəbindən 2011-ci ildə fəaliyyətini dayandırmışdı.