Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 23 000 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 986 ədəd tankı, 2 418 ədəd zirehli döyüş maşını, 435 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 73 hava hücumundan müdafiə sistemi, 189 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 695 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 229 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
Bildirilib ki, son sutkada Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin 15 hava hədəfini vurub, bir təyyarəsini, 5 qanadlı raketini və 9 əməliyyat-taktiki səviyyəli PUA-sını məhv edib.
"Donetsk və Luqansk vilayətlərində Ukrayna Silhalı Qüvvələri düşmənin 9 hücumunun qarısını alıb, 9 tankını, 12 “T” zirehli texnikasını, bir artilleriya sistemini, bir avtomobilinin və bir zenit-raket qurğusunu sıradan çıxarıb”, - bildirilib.