Türkiyə Tacikistana “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) satıb.
Modern.az xəbər verir ki, məlumatı Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev də təsdiqləyib.
Aprelin 27-də Qırğızıstan parlamentində keçirilən iclasda deputat Mirlan Samıykojo sosial şəbəkədə Türkiyənin Tacikistana “Bayraktar” tədarük etməsinə dair məlumatların yayıldığını qeyd edib və nazirdən informasiyanın dəqiqləşdirilməsini istəyib.
Kulubayev Tacikistanın Türkiyədən PUA aldığını təsdiqləyib: “Bəli, bu həqiqətdir. Bir müddət əvvəl Türkiyəyə Qırğızıstanla Tacikistan arasında problem həll olunmadığı üçün bu məsələdə ehtiyatlı davranmasını xahiş etmişdik. Onlar isə bunun hərbi-texniki əməkdaşlıq ticarəti olduğunu bildirdilər”.
Bundan əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Tacikistanın müdafiə naziri Şerali Mirzo Türkiyədə səfərdə olub. O, Türkiyədə Selcuk Bayraktarla da görüşüb.