Ukrayna müharibəsində dönüş başlayır – General

Ukrayna müharibəsində dönüş başlayır –  General backend

Müasir Qərb silahlarının tədarükü sayəsində Rusiyanın Ukraynaya qarşı müharibəsi tezliklə “qırılma” nöqtəsinə gələcək.

Axar.az xəbər verir ki, bunu Ukraynanın ehtiyatda olan general-mayoru, xüsusi xidmət orqanının sabiq rəis müavini Viktor Yaqun deyib.

O qeyd edib ki, xüsusilə aviasiya və hava hücumundan müdafiə sistemləri bu prosesdə rol oynayacaq:

“Biz həm də öldürücü, kifayət qədər yüksək texnologiyalı təchizatı olan PUA-dan danışırıq. Onlar hədəflərə daha effektiv zərbə endirəcəklər. Bu, sadəcə olaraq, müharibənin gedişatını dəyişə bilən həmin ağır artilleriyadır", - o bildirib.

Diaspora