Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 22 400 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 939 ədəd tankı, 2 342 ədəd zirehli döyüş maşını, 421 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 71 hava hücumundan müdafiə sistemi, 185 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 666 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 207 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 7 hava hədəfi - “Su-25” təyyarəsi, “Ka-52” helikopteri, 3 operativ-taktiki PUA-sı, 2 qanadlı raketi məhv edilib:
“Donetsk və Luqansk vilayətlərində düşmənin 9 hücumunun qarşısı alınıb, 9 tankı, 11 artilleriya sistemi, 4 xüsusi və 17 ədəd zirehli texnikası, 3 xüsusi və mühəndis, 16 avtomobil texnikası, 4 yanacaqdoldurma stansiyası və bir zenit qurğusu sıradan çıxarılıb. Mövqelərinə endirilən gözlənilməz aviasiya zərbələri nəticəsində rəqib çoxlu sayda canlı qüvvə, texnika itirib”.