Çin şirkətindən Rusiyaya zərbə...

Çin şirkətindən Rusiyaya zərbə... backend

Çinin pilotsuz uçuş aparatları, mikronəzarət və videomüşahidə avadanlıqları istehsal edən DJI şirkəti Rusiya və Ukrayna ilə bütün işgüzar əməliyyatları dayandırıb.

“Report” xəbər verir ki, məlumatı RBK yayıb.

Şirkətdən bildirilib ki, müştərilərin, tərəfdaşların və digər tərəflərin maraqları nəzərə alınaraq işgüzar əlaqələr müvəqqəti dayandırılır.

Məlumata əsasən, bu ilin martın sonunda Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı DJI dronlarından istifadə etdiyinə dair məlumatlar yayılıb.

loading...
Diaspora