“Qazprom” daha bir ölkəyə qaz nəqlini dayandırır

“Qazprom” daha bir ölkəyə qaz nəqlini dayandırır backend

“Qazprom” Polşanın ardından Bolqarıstana da xəbərdarlıq edib.

Bu barədə Bolqarıstan Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Qazprom” “Bulgargaz”a aprelin 27-dən qazın nəqlini dayandıracağını bildirib.

Qeyd edək ki, Rusiya şirkəti qazın pulunu rublla ödəməyə razı olmadıqlarına görə Polşa və Bolqarıstana mavi yanacağın tədarükünü dayandırır.

Mənbə: TASS

Diaspora