İsrail Baş nazir Naftali Bennett və ailəsi ölümlə hədələnir.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Bildirilib ki, hökumət başçısının ailəsinə bu yöndə hədələyici məktub və zərfin içərisində güllə göndərilib.
Məsələ ilə bağlı İsrail polisi və ŞABAK araşdırmalara başlayıb.
Bennett və ailəsinin təhlükəsizliyi gücləndirilib.