Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı nəticəsində son sutkada 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.
“TRT Haber” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, "Pəncə Kilid" əməliyyatının keçirildiyi ərazidə terrorçuların hərbçilərə raket hücumu nəticəsində 2 əsgər - Yunus Kalkan və Fırat Canlı şəhid olub. Yaralı hərbçilər hospitala yerləşdiriliblər.