Fransada "Exit-poll"un nəticələri açıqlandı: Makron liderdir

Fransada "Exit-poll"un nəticələri açıqlandı:  Makron liderdir backend

Fransada prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Emmanuel Makron liderlik edir.

"Report" Belçika mətbuatına istinadən xəbər verir ki, bunu "exit-poll" məlumatları təsdiq edir.

Məlumata görə, Makron səslərin 58 faizini toplaya bilib.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.

Bundan əvvəl Fransada seçici fəallığının 63,23% olduğu barədə məlumat yayılıb.

Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində Le Pen Makrona uduzmuşdu. Belə ki, Fransada keçirilən seçkilərin 2-ci turu zamanı Emmanuel Makron 66,1 % səslə qalib gəlib. 5 il əvvəl seçicilərin 33,9 %-i Marin Le Penə səs verib.

Diaspora