Britaniya Ukraynaya bu silahları göndərir

Britaniya Ukraynaya bu silahları göndərir backend

Böyük Britaniya Ukraynaya 45 000 artilleriya mərmisi və 20 AS-90 özüyeriyən artilleriya qurğusunu təhvil verməyi planlaşdırır.

Bu barədə mənbələrə istinadən “Daily Express” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniyanın “Vickers” şirkətinin istehsalı olan özüyeriyən silahlar gələn həftə Polşaya göndəriləcək və burada Ukrayna hərbçiləri yeni texnikanın istifadəsi üzrə təlim keçəcəklər. Bundan sonra onun Ukraynaya göndərilməsi planlaşdırılır.

Böyük Britaniya ordusu tərəfindən aktiv şəkildə istifadə edilən özüyeriyən artilleriya qurğusu 155 mm-lik topla silahlanıb. Maksimum atış məsafəsi 24 km, atəş sürəti isə 10 saniyədə 3 atışdır.

loading...
Diaspora