PKK Türkiyədə körpü partlatdı

PKK Türkiyədə körpü partlatdı backend

Əhməd Kaya körpüsünün partladılması nəticəsində 5 nəfər yaralanıb. PKK Türkiyədə körpünü partlatdı.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçuları Əhmət Kaya körpüsünü partladıblar. Partlama nəticəsində ikisi uşaq olmaqla, 5 nəfər yaralanıb. Bundan əlavə, körpüyə və körpüdən 500 metr aralı olan evlərə və ticarət obyektlərinə ziyan dəyib.



Şahidlərin sözlərinə əsasən, körpü tərəfdən əvvəlcə silah səsləri eşidilib, daha sonra isə güclü partlayış baş verib.

Polis terrorçuları saxlamaq üzrə əməliyyata başlayıb.
Diaspora