Ukraynada Bolqarıstanın fəxri konsulu oğurlanıb

Ukraynada Bolqarıstanın fəxri konsulu oğurlanıb backend

Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində Bolqarıstanın fəxri konsulu oğurlanıb.

UNIAN xəbər verir ki, bu barədə şəhərin meri İvan Fyodorov milli telemarafonun efirində danışıb.

“Ölkə üzrə 50-dən çox həmkarım oğurlanıb, bu gün 29-u işğalçıların həbsxanalarındadır. Fəallara, iş adamlarına gəlincə, bu, işğalçılar üçün adi təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi qaçırırlar. Bir neçə saat əvvəl Bolqarıstanın fəxri konsulunun Melitopolda oğurlandığı məlum olub”, - mer vurğulayıb.

Diaspora