Səudiyyə Ərəbistanı 2 gün öncə yenidən husilərin ələ keçirdiyi və Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərinə havadan zərbələr endirib.
APA-nın məlumatına görə, bu barədə üsyançıların əlinə keçmiş SABA dövlət informasiya agentliyi xəbər yayıb. Məlumata əsasən aviazərbələr nəticəsində 43 yerli sakin ölüb, 50-si isə yaralanıb.