Fransa Ukraynaya ağır artilleriya silahları göndərir.
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yerli "Ouest-France" qəzetinə deyib.
"Biz "Milan" (tank əleyhinə raketlər), "Caesar" (özüyeriyən haubitsalar) kimi əhəmiyyətli hərbi silahlar göndəririk”, - deyə Makron bildirib.
"Düşünürəm ki, biz bu yolla davam etməliyik. Həmişə qırmızı xətti keçməyərək, münaqişənin tərəfi olmayacağıq", - Fransa Prezidenti qeyd edib.
Fransanın müdafiə naziri Florens Parli də "Twitter"də Fransanın "bir neçə "Caesar" özüyeriyən haubitsalar və minlərlə mərmi" göndərəcəyini təsdiqləyib.