Qırğızıstanın xarici işlər naziri istefa verib

Qırğızıstanın xarici işlər naziri istefa verib backend

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.

Bu barədə TASS-a ölkə Prezidentinin Administrasiyasındakı mənbə bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarov Kazakbayevin istefasını qəbul edib.

Xarici işlər nazirinin işdən çıxarılmasının səbəbləri göstərilmir.

Onun səlahiyyətlərini Jeenbek Kulubayev müvəqqəti icra edəcək.

Qeyd edək ki, Kazakbayev iki dəfə (2010-2012 və 2020-2022-ci illərdə) Qırğızıstanın xarici işlər naziri vəzifəsində çalışıb.

Diaspora