Putin Zelenski ilə görüşündən danışdı

Putin Zelenski ilə görüşündən danışdı backend

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında birbaşa təmasların mümkünlüyü Rusiya-Ukrayna danışıqlarının nəticələrindən asılıdır.

Kremlin mətbuat xidməti xəbər verir ki, bunu Rusiya lideri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon söhbətində bildirib.

Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Şarl Mişel dövlət başçısına bu yaxınlarda Kiyevə səfəri zamanı Ukrayna rəhbərliyi ilə təmasları barədə məlumat verib. Vladimir Putin isə hərbi əməliyyatlarla bağlı mövqeyini qarşı tərəfə çatdırıb.

Qeyd edək ki, Mişel çərşənbə günü Kiyevə səfər edib və Zelenski ilə görüşüb.

loading...
Diaspora