Daha bir ölkə Rusiya nefti və qazından imtina edir

Daha bir ölkə Rusiya nefti və qazından imtina edir backend

Niderland hökuməti ilin sonuna qədər Rusiyadan qaz, neft və kömürün bütün alışlarını tamamilə dayandırmaq niyyətindədir.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin iqlim və energetika naziri Rob Jetten bildirib.

Nazirin sözlərinə görə, enerjiyə qənaət etməklə və digər ölkələrdən mayeləşdirilmiş təbii qaz idxal etməklə bu ilin sonuna qədər Rusiyadan enerji asılılığından azad olunacaq.

Niderlandın "Algeemen Dagblad" nəşri Jettendən sitat gətirib: "Biz artıq qaz və neft müqavilələrimizlə Rusiya döyüş maşınını maliyyələşdirmək istəmirik".

loading...
Diaspora