"Moskvanın qalib gələ biləcəyi istisna deyil” - Boris Conson

"Moskvanın qalib gələ biləcəyi istisna deyil” -  Boris Conson backend

“Rusiyanın Ukraynaya qarşı müharibəsində gözlənilməz durum yaranıb”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Britaniyanın Baş naziri Boris Conson deyib.

“Moskvanın qalib gələ biləcəyi istisna deyil. Amma Rusiyada siyasi vəziyyət çox ağırdır. Çünki Kreml Ukraynaya hücum etməklə ciddi səhvə yol verdi”, - o, bildirib.

Baş nazirin sözlərinə görə, Britaniya Ukraynaya daha ağır silahlar göndərməyi planlaşdırır. Boris Conson, həmçinin digər ölkələri Rusiya ilə qarşıdurmada Ukraynanı dəstəkləməyə çağırıb.

Xatırladaq ki, bu gün Conson Britaniyanın Ukraynadakı səfirliyinin gələn həftə yenidən Kiyevə qayıdacağını söyləyib.

loading...
Diaspora