Putin Ali Baş komandan vəzifəsini öz üzərinə götürdü: Qrozyev riskləri açıqladı

Putin Ali Baş komandan vəzifəsini öz üzərinə götürdü: Qrozyev riskləri açıqladı backend

Kiyevə uğursuz hücumdan sonra Rusiya prezidenti Vladimir Putin Ali Baş komandan vəzifəsini öz üzərinə götürmək qərarına gəlib. Bundan sonra Ukrayna ilə müharibədə göstərişləri Kreml rəhbəri şəxsən verəcək.

 

Qaynarinfo xəbər verir ki, bunu Bellingcat-ın jurnalisti Xristo Qrozyev deyib.

 

"O, başa düşür ki, bu (Kiyevə baş verən uğursuz cəhd - red.) özü üçün böyük reputasiya məsələsidir. Ona görə də onun sadəcə olaraq köhnə mövqedə qalması və indi yeni nəsə vəd edən bu insanlara inanması mümkün deyil – bəli, bu, mümkün deyil", - Qrozyev deyib.

 

Qrozyev əlavə edib ki, öz mənbələrinə görə, Putin artıq heç kimə inanmadığı üçün hər şeyi təkbaşına idarə etməyə və göstərişlər verməyə çalışır: "O, həqiqətən də indi özü prosesdə iştirak etməyə və əsl baş komandan olmağa çalışır. Bu, çox maraqlı olacaq. Müharibənin yeni stadiyasında Putin heç kimə inanmır və əmri özü verir”.

 

Bir neçə gün və ya həftə ərzində Kreml rəhbəri bəzi aşkar səhvləri düzəldə bilər, lakin Qrozyev əmindir ki, o, Ukraynaya qarşı müharibə üçün yeni strategiya qura bilməyəcək.

 

"Bir həftədən sonra görəcəyik... O, müharibədə şəxsən nə qədər çox iştirak etsə, strategiya üçün bir o qədər pis olacaq", - Qrozyev deyib.

loading...
Diaspora