Putinin müttəfiqləri yoxa çıxır - Kreml "de-şifrə" olunmaqdan QORXUR

Putinin müttəfiqləri yoxa çıxır - Kreml "de-şifrə" olunmaqdan  QORXUR backend

Ukraynada müharibə başlayandan bəri Putinin bir sıra keçmiş yaxın müttəfiqləri yoxa çıxıb. Bu prosesdə onlar ya azadlıqlarını, ya da həyatlarını itiriblər.

 

Modern.az "BİLD" nəşrinə istinadən xəbər verir ki, Putin bu planı Rusiya Federasiyasının Ukraynaya hücum planlarını kiminsə Qərb kəşfiyyatına ötürə biləcəyindən qorxduğu üçün həyata keçirib.

 

Nəşrin yazdığına görə, ilk olaraq söhbət müdafiə naziri Sergey Şoyqunun uzun müddət yoxa çıxmasından gedir. Bir çox KİV Rusiya Müdafiə Nazirliyinin rəhbərinin səhhətində problemlər olduğunu yazıb. 

 

İndi nazir yenidən ictimaiyyət qarşısına çıxıb. Lakin ekspertlər nazirlə çəkilmiş ilk videoların saxta olduğunu iddia edirlər.

 

Putinin daha bir əlaltısı, Federal Təhlükəsizlik Xidmətinin (FSB) 5-ci xidmətinin rəhbəri Sergey Beseda hazırda Moskvanın Lefortovo həbsxanasındadır. O, bundan əvvəl aprelin əvvəlində dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinərək ev dustaqlığına buraxılmışdı.

 

Besedanın həbsi başqalarına Putindən açıq "siqnal" göndərir. Yəni əgər mənə xəyanət etsəniz, həbsxanaya düşəcəksiniz.

 

Martın ortalarında Putin Moskvanın yüksək səviyyəli hərbi rəhbərlərindən biri, Rusiya Milli Qvardiyasının rəis müavini, general Roman Qavrilovu da həbs edib.

 

Həbs rəsmi olaraq təsdiqlənməyib. Rusiya mətbuatı Qavrilovun işdən çıxarıldığını yazıb.

 

Amma Qavrilovun iddia edilən həbsindən cəmi bir gün əvvəl Putin öz hökumətinə müraciətində Ukraynadakı müharibəyə haqq qazandırıb və “satqınlara” qarşı çıxış edib.

 

Kiyevə uğursuz hücumdan sonra Rusiya prezidenti Vladimir Putin baş komandan vəzifəsini öz üzərinə götürmək qərarına gəlib. Bundan sonra Kreml rəhbəri Ukrayna ilə müharibədə əmrləri şəxsən verəcək.

loading...
Diaspora