“Avroviziya 2022”də şansı olan ölkələr: Ukrayna ilk beşlikdə...

 “Avroviziya 2022”də şansı olan ölkələr: Ukrayna ilk beşlikdə... backend

“Avroviziya 2022” mahnı müsabiqəsi iştirakçılarının qələbə imkanları üzrə yeni məlumat yayılıb.

Mayın 10-14-ü İtaliyanın Turin şəhərində keçiriləcək yarışa 40 ölkənin təmsilçiləri buraxılıb.

Novator.az bildirir ki, bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanan Eurovisionworld.com saytı ilk beşliyi şans baxımından belə sıralayır: Ukraynadan “Kaluş” qrupu – 35%, İtaliyadan Alessandro Mahmud və Rikkardo Fabbrikoni – 18%, İsveçdən Korneliya Yakobs – 11%, Böyük Britaniyadan Sem Rayder – 6%, İspaniyadan Şanel Terrero – 4%.

Polşadan Kristian Oçman 3%, Niderlanddan Stin den Hollander, Norveçdən “Subwoolfer” qrupu, Yunanıstandan Amanda Tenford 2% şansla göstərilir.

1% şansı olan təmsilçilər bunlardır: Avstraliyadan Şeldon Rayli, Azərbaycandan Nadir Rüstəmli, Belçikadan Jeremi Makiz, Ermənistandan Roza Kostandyan, Estoniyadan Stefan Ayrapetyan, Finlandiyadan “The Rasmus” qrupu, Fransadan Aleksis Morvan-Rozius və “Ahez” qrupu, İsveçrədən Marius Bea, Kiprdən Andromaxi Dimitropulu, Portuqaliyadan Mariana Sekka, San Marinodan Lauro De Marinis, Serbiyadan Ana Curiç.

Hesabata görə, qalan təmsilçilərin şansları 1%-dən azdır:

Albaniya – Ronela Hayati

Almaniya – Malik Harris

Avstriya – Luka Mixlmayr və Pia Maria

Bolqarıstan – “İntelligent Music Project” qrupu

Çexiya – “We Are Domi” qrupu

Danimarka – “Reddi” qrupu

Gürcüstan – “Circus Mircus” qrupu

Xorvatiya – Mia Dimşiç

İrlandiya – Bruk Skulyon

İslandiya – Siqridur, Elizabet, Elin bacıları

İsrail – Maykl Ben Devid

Latviya – “Citi Zeni” qrupu

Litva – Monika Lübinayte

Malta – Emma Muskat

Moldova – “Zdob şi Zdub” və “Advahov qardaşları” qrupları

Monteneqro – Vladana Vuçiniç

Rumıniya – Andrey İonuts Ursu

Sloveniya – “Last Pizza Slice” qrupu

Şimali Makedoniya – Andrea Koyevska.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü, 2019-cu ildə Çingiz Mustafayev 8-ci, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib, 30-cu yerdə qərarlaşıb.

Diaspora