Rusiya Ukraynada daha bir “respublika” yaradır

Rusiya Ukraynada daha bir “respublika” yaradır backend

Xerson vilayətində işğalçılar “xalq respublikası” yaratmaq üçün aktiv fəaliyyətə başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” operativ komandanlığı məlumat yayıb.

Bildirilib ki, artıq “referendum” keçirmək üçün hazırlıqlar gedir. İddiaya görə, “referendum”u 27 apreldə keçirmək planlaşdırılıb.

Ombudsman Lüdmila Denisova isə qondarma referendumun 1-10 may arasında keçiriləcəyinə cəhd ediləcəyi haqda məlumat aldığını deyib. Qeyd edib ki, 2014-cü ildə Luqansk və Donetskdə keçirilən qondarma referendum ssenarisini Xersonda tətbiq etməyə çalışırlar.

Xerson şəhər meri İqor Kolıxayev onda “referendumun tarixi” ilə bağlı hər hansı dəqiq məlumat olmadığını deyib.

İ.Kolıxayev hazırda işğal altında olan şəhərdə fəaliyyətini davam etdirdiyini, insanlara xidmət etdiyini də bildirib.

loading...
Diaspora