Latviya və Estoniya Rusiyanı soyqırımda ittiham edib

Latviya və Estoniya Rusiyanı soyqırımda ittiham edib backend

Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırım törətdiyini tanıyan bəyanatlar qəbul ediblər.

“Report” UNİAN-a istinadən xəbər verir ki, Latviya Seymində yekdilliklə qəbul edilən bəyanatda deyilir:

“Seym Rusiyanın Belarus rejiminin də iştirakı və dəstəyilə Ukraynaya irimiqyaslı hərbi müdaxiləsini qətiyyətlə pisləyir. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır”.

Estoniya parlamenti Riigikoqu da Rusiyanın Ukraynada törətdiyi soyqırım və hərbi cinayətlərə dair 84 millət vəkilinin təqdim etdiyi bəyanatı qəbul edib. Sənəddə qeyd olunur:

“Rusiya Federasiyası Ukraynanın Buça, Hostomel, Borodianka, İrpin, Mariupol şəhərlərində, habelə bir çox digər yaşayış məntəqələrində soyqırım cinayəti, o cümlədən kütləvi vəhşiliklər törədib. Bu əməllər insanların qətli, oğurlanması, deportasiyası, azadlıqdan məhrum edilmələri, işgəncələr, zorlamalar, habelə cəsədlərin təhqir edilməsindən ibarətdir”.

Rusiyanın törətdiyi cinayətlərin təhqiqatına, təqsirkarların məsuliyyətə cəlb olunmasına dəstək verməyə, bu məqsədlə beynəlxalq məhkəmə qurmağa çağırış irəli sürülüb. Estoniya parlamenti Rusiyaya qarşı sanksiyaları dərhal sərtləşdirməyə, o cümlədən enerji ticarətini dayandırmağa, Ukraynaya hərbi və humanitar yardımları artırmağa da çağırış edib. 

loading...
Diaspora