Ukraynada hərbi vəziyyət rejimi uzadıldı

Ukraynada hərbi vəziyyət rejimi uzadıldı backend

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejiminin daha 30 gün uzadılması barədə layihəni qəbul edib.

UNN xəbər verir ki, bunu xalq deputatı Yaroslav Jeleznyak bildirib.

Hərbi vəziyyət rejimi aprelin 25-dən mayın 25-dək qüvvədə olacaq.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərmişdi.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Sonra bu rejimin müddəti uzadılıb. Parlament martın 15-də qapalı iclasda “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” qanun qəbul edib. Sonra bu müddət iki dəfə uzadılmışdı.

loading...
Diaspora