ABŞ Ukraynaya "RQ-20 Puma" pilotsuz təyyarəsi verəcək

ABŞ Ukraynaya "RQ-20 Puma" pilotsuz təyyarəsi verəcək backend

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yardım təşəbbüsü çərçivəsində ilk müqaviləni imzalayıb.

"Report" “Defence News”a istinadən xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinə "RQ-20 Puma" pilotsuz təyyarələrinin tədarükü üçün "AeroVironment" ilə 19,7 milyon dollarlıq müqavilədir.

Müqaviləyə PUA-nın özünün tədarükü, ehtiyat hissələri paketi, podratçı üçün maddi-texniki təminat və Ukrayna hərbçilərinin təlimi daxildir. İşlər mayın 30-dək başa çatdırılmalıdır. Kiyevə veriləcək dronların sayı açıqlanmır.

Bundan əvvəl ABŞ-ın Ukraynaya 1,4 mindən çox insan daşına bilən zenit-raket kompleksləri, 5 mindən çox "Javelin" tank əleyhinə raket kompleksləri və yüzlərlə "Switchblade" mərmiləri tədarük etdiyi bildirilirdi.

loading...
Diaspora