Ukraynalı rəsmilər tərəfindən "Wikipedia"da rus faşizmi haqqında ingilis dilində geniş məlumat yerləşdirilib.
Bu barədə Ukrayna səfirliyindən Qaziler.az-a daxil olan xəbərdə qeyd edilib.
Vikipediyada qeyd edilib: " “raşizm” və ya “rusizm” kimi tələffüz olunan termin Rusiyanın faşit ölkəsinə çevrildiyini izah edir. Rusiyanın əməllərini Çeçenistanın ilk prezidenti Cövhər Dudayev bu adla təsvir edib. Özündə faşizmi, irqçiliyi və millətçiliyi birləşdirən bu termin hər şeyin və hər kəsin məhv edilməsi, yandırılması taktikasına əsaslanır.
Daha sonra bu söz 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində də qeyri-rəsmi dairələrdə yayılmağa başlayıb. Və bu gün artıq Rusiya-Ukrayna müharibəsində də "raşizm" terminindən istifadə edilir".
Vikipediyada Ukrayna-Rusiya müharibəsi, Ukraynaya edilən hücumlar, dinc sakinlərin öldürülməsi haqda da məlumat verilib.
Ətraflı LİNKDƏ: