55-ci gün: Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

55-ci gün: Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb backend

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 815 tankı, 2087 zirehli döyüş maşını, 391 artilleriya sistemi, 136 reaktiv yaylım atəşi sistemi, 67 havadan müdafiə sistemi, 171 hərbi təyyarəsi, 150 helikopteri, 1504 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 165 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 20 900-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

Qeyd olunub ki, Rusiya komandanlığı Qərb Hərbi Dairəsinin verdiyi itkini kompensasiya etmək məqsədi ilə 3-cü motoatıcı diviziyasının 237-ci tank alayının taborunun taktiki qrupunu Xarkov vilayətindən daimi dislokasiya məntəqəsinə, yəni Belqorod vilayətinin Solotı qəsəbəsi istiqamətinə geri çəkib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter, 6 pilotsuz uçuş aparatını (PUA), 12 tankını, 28 zirehli texnikasını, 2 texniki avtomobilini, 1 artilleriya sistemini, 1 qanadlı raketini məhv edib.

Diaspora