Ukraynada rusların 4 desant bölüyü məhv edilib

Ukraynada rusların 4 desant bölüyü məhv edilib backend

Aprelin 19-na olan məlumata görə, Ukraynada 20,8 minə yaxın işğalçı məhv edilib. Ukrayna əsgərləri rusların dörd desant bölüyünü məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"da məlumat yayıb.

“106-cı hava desant diviziyasına daxil olan 51-ci hava desant alayının üç bölüyü və 137-ci hava desant alayının bir bölüyü məhv edilib”, - məlumatda belə deyilir.

Bundan əlavə, bildirilir ki, şimal donanmasının sahil qoşunlarının 14-cü ordu korpusunun 200-cü əlahiddə motoatıcı briqadasının iki tabor taktiki qrupunun (TTQ) şəxsi heyətini də Ukrayna əsgərləri məhv ediblər.

Xatırladaq ki, Pentaqonun məlumatına görə, Ukraynada rusların 76 tabor taktiki qrupu var. Son bir neçə gündə 11 TTQ ərazidən çıxarılıb,  daha 22-si isə hələ də Ukraynanın şimalında yerləşir.

Rusiyanın Ukraynadakı itkiləri

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir ki, aprelin 19-na olan məlumata görə, Ukraynada 20 800-ə yaxın işğalçı məhv edilib.

Həmçinin ümumilikdə 802 tank, 2063 zirehli döyüş maşını, 386 artilleriya sistemi, 67 hava hücumundan müdafiə sistemi də məhv edilib.

Bundan əlavə, 169 təyyarə, 150 helikopter, səkkiz gəmi-qayıq, 158 əməliyyat-taktiki pilotsuz uçuş aparatı da məhv edilib.

Diaspora