Ukrayna-Rusiya arasında əsirlərin növbəti mübadiləsi olub

Ukrayna-Rusiya arasında əsirlərin növbəti mübadiləsi olub backend

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz “Telegram” səhifəsində bildirib.

Vereşçuk 76 ukraynalının geri qaytarıldığını bildirib. O əlavə edib ki, qaytarılanların arasında hərbçilər, o cümlədən 10 zabit və 16 dinc sakin var.

Xatırladaq ki, bu Rusiya ilə Ukrayna arasında martın 24-dən bəri sayca beşinci əsir mübadiləsdir.

Diaspora